Gömrükdə qaçaqmal tutuldu

Gömrükdə qaçaqmal tutuldu
Oxunma sayı: 14

Avtomobildə gizlədilən qaçaqmal gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd "Samsung Galaxy J 3" markalı mobil telefonlar, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandlrıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi