Gömrükdən cibində “Lyrica” ilə keçmək istədi

Gömrükdən cibində “Lyrica” ilə keçmək istədi
Oxunma sayı: 849

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

“Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində “PGN 300” yazısı olan 11 kapsul “Lyrica (preqabalin)” dərman pereparatı aşkar olunub.

Xatırladaq ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi