Avtomobildə gizlədilən pirotexniki vasitə aşkarlanıb.
Dövət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən "Cock Crowing At Dawn" adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.