Gömrükdən qızılları necə keçirmək istəyirlər?

gomrukden-qizillari-nece-kecirmek-isteyirler
Oxunma sayı: 2432

“Bəzən vətəndaşlar qızıl zinət əşyalarını boyunlarına, qollarına taxaraq öz əşyası kimi gömrükdən keçirməyə çalışır. Amma bununla bağlı da qanunvericilikdə müddəa  var. Hər bir vətəndaş maksimum güzəştli qaydada 20 qram qızıl, 0.5 karat almaz keçirə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Rövşən Namazov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, göstərilən miqdardan artıq zinət əşyası keçirilərsə, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsinə cəlb olunur:

“Qeyd edim ki, bu miqdara qədər vətəndaş rüsumlardan azaddır. Bundan artıq olduğu təqdirdə müvafiq rüsum ödəməlidir”.

Günel Türksoy