“Google” Azərbaycanda sınaqlara başlayıb

google-azerbaycanda-sinaqlara-baslayib
Oxunma sayı: 636

Hazırda yüklənmiş qurğuların sınağı keçirilir və bu işlər gələn həftə başa çatacaq.
“DeltaTelecom”-dan AzərTAc-a bildiriblər ki, “Google”un serverlərinin Azərbaycan ərazisində yerləşdirilməsi provayderin xərclərinin azalmasına imkan verəcək. Bu halda tranzit ölkələrə trafik axını haqqının ödənilməsi zərurəti aradan qalxacaq. Azərbaycanın axtarış sistemlərində serverlərin olması axtarışın keyfiyyətini artırır. “DeltaTelecom” şirkətində müvafiq infrastrukturun olması “Google” şirkətinin AzNET seqmentini seçməsində əsas amil olub.
“Delta Telecom”un DATA mərkəzi internet mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır.