“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

google-chrome-brauzeri-internete-qosulmadan-isleyecek
Oxunma sayı: 2373

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yenilənmə proqrama smartfona maraqlı materialları yükləməyə və sonradan internetə qoşulmadan onlara baxmağa imkan verir.

Yeni “Google Chrome” versiyasının işi çox sadədir. Brauzer avtomatik rejimdə analiz aparan və işləyən süni intellektli oflayn rejimə malikdir. Smartfon internetə çıxış üçün “Wi-Fi” şəbəkəsini aşkarlayan zaman öz alqoritmləri əsasında istifadəçinin marağına uyğun olan səhifələri müəyyənləşdirərək onları yükləməyə başlayır.

Məlumata görə, bu metod baxış tarixçəsinin təhlilinə əsaslanır. Bundan başqa, süni intellekt istifadəçinin olduğu yeri və nəyə üstünlük verməsini öyrənir. Smartfon və “Google Chrome” istifadəçi haqqında müəyyən “fikrə” malik olur və onun əsasında internet saytları seçilir.

Hazırda internetə qoşulmadan işləyən yeni “Google Chrome” versiyası Hindistan, Banqladeş, İndoneziya və Braziliyada istifadəyə verilib. Bu, ABŞ şirkətinin sistemi əvvəlcə internet əhatə dairəsinin zəif olduğu ölkələrdə tətbiq etməsi ilə izah olunur.