Google Chrome rekord qırdı

google-chrome-rekord-qirdi
Oxunma sayı: 1159


“Qafqazinfo” ictnews-a istinadən bildirir ki, iyulun nəticəsinə görə “Firefox” brauzerinin bazar payı 15,1% olub ki, bu da brauzer üçün 2007-ci ildən etibarən ən aşağı göstəricidir. O zaman “Chrome” brauzeri yenicə çıxarılmışdı, “Microsoft” isə “Internet Explorer 7” brauzerini buraxmışdı.

Brauzer bazarında birinci yerdə 58% göstəriciyə malik “Internet Explorer” brauzeri qərarlaşıb.

Dördüncü yerdə 5,2% göstəriciyə malik “Apple Safari” brauzeri qərarlaşıb ki, bu da ötən ayla müqayisədə 0,4% aşağıdır. “Opera” brauzerinin bazar payı 1%-dir.