Google inhisarçılıqda günahlandırılır

google-inhisarciliqda-gunahlandirilir
Oxunma sayı: 1079


“Qafqazinfo” xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların toplanılması ilə məşğuldur.

Avropa Komissiyası artıq antiinhisar araşdırması üçün zəmin hazırlayır. Komissiya Google-un öz servislərinin yayılması üçün bazardakı lider mövqeyindən istifadə etməklə qanunvericiliyi pozmasını aydınlaşdırmaq niyyətindədir.

Sentyabrın əvvəlinədək Google-un tərəfdaşları 40-dan çox sualı cavablandırmalıdırlar. Onlardan 2007-ci və sonrakı illərdə elektron poçt ilə yazışmaların, fakslar, görüşlər və telefon danışıqları haqqında qeydlərin, təqdimatlar və digər sənədlərin təqdim olunması tələb olunub.