“Google” istifadəçilərin səs yazılarına qulaq asırmış

google-istifadecilerin-ses-yazilarina-qulaq-asirmis
Oxunma sayı: 908

“Google” korporasiyasının əməkdaşları mütəmadi olaraq istifadəçilərin “Google Home” smart-dinamikinə və ya “Google Assistant” yardımçı əlavəsinə verdikləri səsli komandaları dinləyir. “Qafqazinfo” xəbər verir ki, bu etirafla kompaniyanın istehsal üzrə meneceri Devid Monsis çıxış edib.

Şirkət rəsmisinin sözlərinə görə, “Google” səsləri aydınlaşdıra bilən çox sayda mütəxəssislə çalışır. Onlar kompaniyaya sözügedən sistemi təkminləşdirməkdə yardımçı olurlar.

“Bu ekspertlər, bizim həmin dilləri daha yaxşı başa düşməyimiz üçün, az sayda sorğunu analiz və transkribasiya edir”, - Monsis deyib.

Şirkət rəsmisi qeyd edib ki, korporasiya əməkdaşları öz işlərini anonim səs yazıları ilə həyata keçirir. Onlar insanların şəxsi məlumatlarını əldə edə bilmir. Linqvist ekspertlərə də istifadəçinin danışıq və digər səs yazılarına qulaq asmaq qadağandır.