“Google” şirkəti ödəmə sistemini istifadəyə verdi

“Google” şirkəti ödəmə sistemini istifadəyə verdi
Oxunma sayı: 489

“Google” şirkətinin “Pay with Google” adlı yeni xidməti internet mağazalarda bank kartının məlumatlarının daxil edilməsini və çatdırılma ünvanını tələb etmir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu xidmət “Google Account”, “Google Play” və “Android Pay” profillərindən istifadəçi haqda məlumatları toplayır. Beləliklə, rekvizitləri təkrar daxil etmədən satınalma həyata keçirilir.

Hələlik 15 şirkət sözügedən xidmətlə əməkdaşlıq edir. Tezliklə “Airbnb”, “Papa John's” və başqa təşkilatlar “Pay with Google” xidmətinə qoşulacaq.

Həmçinin “Google” tərəfindən proqramçılar üçün dərc edilmiş sənədlər bu xidməti “Android” üçün proqramlarda və ya saytlarda tətbiq etməyə kömək etməlidir.

Şirkətin nümayəndələrinin sözlərinə görə, sözügedən xidməti bir neçə kod sətrinin köməyi ilə inteqrasiya etmək mümkündür. Bundan başqa, əməliyyatlar üçün komissiya tutulmur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi