“Google+” sosial şəbəkəsi fəaliyyətini dayandıracaq

google-sosial-sebekesi-fealiyyetini-dayandiracaq
Oxunma sayı: 1357

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin fəaliyyətini 10 ay müddətinə fərdi istifadəçilər üçün dayandıracaq.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, sosial şəbəkənin dəstəklənməsi ilə əlaqədar çətinliklər və “Google+” şəbəkəsinin istifadəçi versiyasının populyarlığının az olması nəzərə alınaraq onun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib.

Məlumata görə, servisin istifadəçilər arasında populyarlığı aşağı olub. İstifadəçilərin 90 faizi şəbəkədə təxminən 5 saniyə vaxt keçirib.

Bundan əlavə, şirkət “Google+”-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə məlumat verib. Sosial şəbəkənin proqram təminatında nasazlıq kənar tərtibatçılara 2015-ci ildən 2018-ci ilin martınadək istifadəçi profillərinin məlumatlarına çıxış imkanı yaradıb. Səhv daxili təhqiqat nəticəsində aşkarlanaraq aradan qaldırılsa da, sosial şəbəkə istifadəçilər arasında etibar qazana bilməyib.