“Google” söz verdi

google-soz-verdi
Oxunma sayı: 1257

ABŞ-ın “Google” korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız “Twitter”, “Google”, “Baidu” və “Bing” üçün əlçatandır.

Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.

“Google” gələcəkdə bu texnologiyanı "Ümumdünya Hörümçək Toru"nun standartına çevirmək istəyir.

“Accelerated Mobile Pages” (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.