“Google” Türkiyə üçün xüsusi loqo hazırladı

google-turkiye-ucun-xususi-loqo-hazirladi
Oxunma sayı: 1729

“Google” Türkiyə Cümhuriyyətinin təşkili və 29 Oktyabr Cümhuriyyət Bayramının 94-cü ildönümü münasibətilə xüsusi loqo hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, "Google" baş səhifəsi üçün özəl hazırlanan “doodle”da Türkiyənin Cümhuriyyət Bayramı təbrik edillib.

Səhifəyə giriş edildiyi zaman Türkiyə bayrağı dalğalanmağa başlayır, sonra 29 Oktyabr Cühuriyyət günü ilə bağlı məlumatlar çıxır.

Qeyd edək ki, “Google” “doodle” baş səhifəsində dünya ölkələri üçün əhəmiyyətli gün, mədəni hadisə və tarixdə yer alan mühüm şəxslərə yer verir. İnternet istifadəçiləri özəl dizaynlı loqoya keçid edərək xüsusi günlərə dair məlumat ala bilirlər.