“Google”dan fotoqraflar üçün sosial şəbəkə

googledan-fotoqraflar-ucun-sosial-sebeke
Oxunma sayı: 873

Google” fotoqraflar üçün yeni sosial internet-platforması buraxır.

“Qafqazinfo” “buro247”yə istinadən xəbər verir ki, mühəndislər bundan öncəki “Google Spaces” analoqunu əhəmiyyətli dərəcədə mükəmməlləşdiriblər. Yeni funksional qərarlar bir neçə fotoqrafa eyni zamanda bir foto üzərində çalışmağa imkan verəcək. Onların onlayn rejimdə istifadəçilərin layihəni müzakirə etmək və ona düzəlişlər etmək imkanı olacaq. “Google” mütəxəssisləri sosial şəbəkəni mövcud Allo və Duo messencerləri ilə birləşdirməyi planlaşdırırlar. Bu layihənin köməyilə “Google” istifadəçilərinin sayını artırmağı planlaşdırır.

“Google” mühəndisləri üçün bu fotoqraflara sosial şəbəkə yaratmaq yolunda ilk cəhd deyil. Bundan öncə şirkət artıq coğrafi koordinatlarla foto yerləşdirmək üçün Panoramio və fotolar üzərində çalışmaq üzrrə servis “Google Space” layihəsi buraxıb.

Yeni sosial şəbəkə 17-20 may tarixlərində baş tutacaq “Google I/O” tədbirində təqdim olunacaq.