Goranboy rayonundakı mövqelərimiz atəşə tutulub

goranboy-rayonundaki-movqelerimiz-atese-tutulub
Oxunma sayı: 646

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 9-da saat 13.20-dən 13.40-dək və noyabrın 10-da saat 06.30-dan 06.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.