Goranboyda avtomobil aşdı, sürücü yaralandı

goranboyda-avtomobil-asdi-surucu-yaralandi
Oxunma sayı: 1066

Goranboyda yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Balakürd kəndində qeydə alınıb.
 
Rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Seyidağa Şakir oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
 
Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.