Goranboyda “BMW” aşdı, qadın öldü - Video + Fotolar

goranboyda-bmw-asdi-qadin-oldu
Oxunma sayı: 2620

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Goranboy-Qızılhacılı avtomobil yolunun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər, 1990-cı il təvəllüdlü Abdullayev Tural xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təxminən 35 yaşlarında olan Günel adlı qadın isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli