Goranboyda dəhşətli qəza - İki nəfər avtomobildə yanaraq öldü + Fotolar

Goranboyda dəhşətli qəza
Oxunma sayı: 2544

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq arxadan “Mercedes” markalı yük avtomobilinə çırpılması nəticəsində yanğın baş verib. Hadisə zamanı minik avtomobilində olan iki nəfər yanaraq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi