Goranboyda maşın piyadanı vuraraq öldürdü

Goranboyda maşın piyadanı vuraraq öldürdü
Oxunma sayı: 56

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.
 
Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadını vuran maşın hadisədən sonra digər VAZ markalı avtomobilə çırpılıb. 
 
Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi