Goranboyda maşın piyadanı vurub öldürdü

goranboyda-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1168

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Xan Qərvənd kəndində baş verib.

Hələ k,i markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
 
Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.