Goranboyda narkotacir yaxalanıb

goranboyda-narkotacir-yaxalanib
Oxunma sayı: 799

Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya daxil olan məlumata görə, onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı R. Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.