Goranboyda yol tikintisinə 4,4 milyon manat ayrılıb

goranboyda-yol-tikintisine-44-milyon-manat-ayrilib
Oxunma sayı: 741

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun xəbərinə görə, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.