Goranboydakı mövqelərimiz atəşə tutulub

goranboydaki-movqelerimiz-atese-tutulub
Oxunma sayı: 637

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 25-də saat 14.20-dən 14.40-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15.20-dən 16.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.