Goranboydakı mövqelərimiz atəşə tutulub

goranboydaki-movqelerimiz-atese-tutulub
Oxunma sayı: 643

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-də saat 21.00-dan 21.24-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.