Goranboydan Tovuza toya gedən “Ford” aşıb - 3 yaralı

Goranboydan Tovuza toya gedən “Ford” aşıb
Oxunma sayı: 634

Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Goranboy rayonundan gələn “Ford” markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi