Goranboyun 6 kəndi qazsız qaldı - Foto

goranboyun-6-kendi-qazsiz-qaldi
Oxunma sayı: 1706

Goranboy rayonunda telekommunikasya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietelin qaz xəttini qırıblar.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.