“Gördüm 3 dostum yerdə cansız uzanıb...”

gordum-3-dostum-yerde-cansiz-uzanib
Oxunma sayı: 640

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə zərərçəkmiş, yaralanan tələbə Elgiz Həsənov ifadə verərək qəzadan öncə olanları xatırlamadığını deyib:

“Qəza olandan sonra maşından çıxdım. Gördüm 3 dostum yerdə cansız uzanıb. Hər yer qan idi”.

Prosesdə zərərçəkmişlərin dindirilməsi başa çatıb. Əlavə şahid kimi cəlb edilən, qəza zamanı videoya düşən yaşıl rəngli “Ford”un sürücüsü Rauf Seyfullayev dindiriləcək. Onun barəsində məcburi gətirilmə qərarı verilib. Qəzada vəfat edən tələbələrin validyenləri iddia ediblər ki, qəzanı törədən N.Hüseynov R.Seyfullayevlə yarışırmış, hadisə də bu səbəbdən baş verib.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.

Murad Əhməd