Görüntülü danışıqları yaddaşda saxlamaq mümkün olacaq

goruntulu-danisiqlari-yaddasda-saxlamaq-mumkun-olacaq
Oxunma sayı: 917

Skype videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, “Avaer”) istifadə etmək məcburiyyətində idilər.

Həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları “bulud” saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan (“Windows”, “Mac”, “iOS”, “Android” və hətta “Linux”) dinləmək mümkün olacaq.

“Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında “Microsoft” korporasiyası “Android” mobil sistemi üçün “Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.