Görüş Nur-Sultanda olacaq

gorus-nur-sultanda-olacaq
Oxunma sayı: 1062

Rusiya prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenko ilə Qazaxıstanın Nur-Sultan şəhərində danışıqlar aparacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda rusiyalı liderin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Daha əvvəl bildirilirdi ki, Belarusiya Rusiyadan “Drujba” neft kəməri ilə gələn keyfiyyətsiz rus neftinə görə çəkdiyi zərərin kompensasiyasını tələb edəcək.