Görüş planlaşdırılmayıb

gorus-planlasdirilmayib
Oxunma sayı: 631

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri xarici işlər naziri Edvard Nalbandyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Erməni nazir yanvarın 28-də Parisdə ATƏT-in Mİnsk qrupu həmsədrləri ilə görüşəcəyini də vurğulayıb.

Qeyd edək ki, yanvarın 29-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılsa da, erməni nazir belə bir görüşün nəzərdə tutulmadığını, ehtiyac olduğu təqdirdə baş tutacağını deyib.

Nazir həmçinin bildirib ki, yaxın vaxtlarda iki ölkənin prezidentlərinin də görüşü nəzərdə tutulmayıb.