Görüşdülər...

gorusduler
Oxunma sayı: 649

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb.

Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.

Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.