“Daha yuxularına haram qatmayacam” - Kim söz verdi

daha-yuxularina-haram-qatmayacam
Oxunma sayı: 7552

Şimali Koreya lideri Kim Çen İnın Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşünün ilk mərhələsi yekunlaşıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, tarixi görüş sərhəddə yerləşən Pxanmuncom kəndində baş tutub. İlk raundun əsas mövzusu Koreya yarımadasının nüvə silahından təmizlənməsi və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması olub. Görüşdən sonra KXDR lideri Kim Çen nahar fasiləsi üçün şimala qayıdıb.

Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yen Çxan bildirib ki, ölkə başçısı şimallı həmkarı Kim Çen İnə hər iki ölkənin dəmiryol xətlərini birləşdirməyi təklif edib.

Mun Çje İn onu da qeyd edib ki, şimalı koreyalılar üçün müqəddəs hesab edilən Pektusan dağını ziyarət etmək arzusundadır.

Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yen Çxan bildirib ki, ölkə başçısı şimallı həmkarı Kim Çen İnə hər iki ölkənin dəmiryol xətlərini birləşdirməyi təklif edib.

Görüşdə ən yadda qalan dialoq Kim Çenin verdiyi söz olub. O deyib ki, raket buraxılışları ilə erkən saatlarda qalxmaq məcburiyyətində qoyduğu Cənubi Koreya liderinin daha yuxularına haram qatmayacaq. 

Bundan başqa, söhbət zamanı prezident Mun Çje İn həmkarını Seula dəvət edib. KXDR lideri Kim Çen İn təklifi məmnunluqla qəbul edib.

Aysel Kərimova