Gövhər Həsənzadənin 8 mart layihəsi

govher-hesenzadenin-8-mart-layihesi
Oxunma sayı: 2008


Azərbaycan estradasında öz dəsti xətti ilə fərqlənən,milli şoubiznesə çox saylı ulduzlar bəxş edən hitlər müəllifi bəstəkar xanım bu dəfə yeni “ulduz” üzərində çalışır.

Bu barədə “Qafqazinfo”ya məlumat verən bəstəkarın mətbuat katibi Ceyran Nəriman bildirib ki, Gövhər xanım tezliklə bir-birindn maraqlı layihələrini geniş kütləyə teqdim edəcək.

Hazırda Gövhər Həsənzadə yeni protejesi Aygün Məmmədova üzərində ciddi çalışır. Bəstəkar Aygünü çox bəyənib, onun Azərbaycan estradasında fərqlənəcəyini bildirib. Çünkü səhnəmizin yeni ulduza ehtiyacı var.

Gövhər Həsənzadə öz yeni protejesini Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim etmək niyyətindədir.

Artıq Aygünün ifa edəcəyi mahnı hazırdır. “Üzülmə”adlı ritmik mahnın bəstəsi Gövhər Həsənzadəyə, sözlərı tanınmış türk şairəsi Aişə Birgül Yılmaza, aranjemanı Yasar Baxışa məxsusdur.
Mahnı samba stilində aranjeman olunub. Əsl yay hitidir.