Göyçay sakini baldızının nişanlısını öldürüb

goycay-sakini-baldizinin-nisanlisini-oldurub
Oxunma sayı: 641

Göyçay rayonunda qətl hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, rayon sakini baldızının nişanlısını qətlə yetirib.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Əbdulrəhmanov münaqişə zəminində həmyerlisi 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in yaydığı məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Abdurəhmanov tutulub.