Göyçayda 25 yaşlı gənc özünü asıb

goycayda-25-yasli-genc-ozunu-asib
Oxunma sayı: 1322

Göyçayda intihar hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.