Göyçayda canavarlar həyətə hücum etdi - Foto

goycayda-canavarlar-heyete-hucum-etdi
Oxunma sayı: 1708

Göyçayda canavarlar həyətə hücüm edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında Göyçayın Yekəxana kəndində baş verib. Kənd sakini Tamerlan İslamovun həyətinə soxulan vəhşi heyvanlar, fərdi təsərrüfatda olan qoyunlardan yeddisini öldürüb, beşini yaralayıb.

Yaralı qoyunlara quduzluq əleyhinə vaksinlər vurulub. Ölən xırda buynuzlular isə basdırılıb.

Rəşad Türkoğlu