Göyçayda güclü yanğın başlayıb - Fotolar

goycayda-guclu-yangin-baslayib
Oxunma sayı: 2162

Göyçayda güclü yanğın baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər  110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir.
 
Alovun qarşısının alınması üçün tədbirlər görülür. 
 
Faktla bağlı araşdırma aparılır.