Göyçayda məktəb məzunları 50 il sonra görüşdülər - Biri milyarderdi...

goycayda-mekteb-mezunlari-50-il-sonra-gorusduler
Oxunma sayı: 5675

Göyçay şəhər 2 saylı tam orta məktəbi 1969-cu ildə bitirən məzunların iştirakı ilə görüş təşkil olunub.

"Qafqazinfo" goycay.info.az-a istinadən xəbər verir ki, görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə qonaqlar məktəbin məzunu olmuş şəhid Elton Əkbərovun büstü önündə xatirəsini ehtiramla yad edərək, məzarları önünə əklil qoyublar.

Bu gün baş tutan görüşdə iştirak edənlər arasında 1969-cu ildə məzun olan "Aznar" şirkətinin rəhbəri Fərhad Əhmədov də olub. 

Məzunlar arxiv şəkillərindən ibarət albom və güşələrlə tanış olublar. 50 il əvvəl ilk dəfə dərs keçdikləri sinif otağında hər kəs öz yerində əyləşib. Məzunlar məktəblə bağlı xatirələrini bölüşüblər.

Sonda tədbirin təşkilatçısı olan "Aznar" şirkəti tərəfindən təhsil ocağına hədiyyələr təqdim olunub.