Göyçayda qəza - 2 nəfər yaralandı + Fotolar

goycayda-qeza
Oxunma sayı: 3215

Göyçayda yol qəzası baş verib.
 
"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında rayon mərkəzində qeydə alınıb. Rayonun Qaraxıdır kənd sakini 37 yaşlı Tural Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə, rayon sakini 38 yaşlı Bəhruz Məmmədova məxsus "VAZ 2109" markalı avtomobil iki küçənin kəsişməsində toqquşub. Hadisə zamanı "VAZ 2109"da olan iki nəfər- sürücü Bəhruz Məmmədov və sərnişini rayon sakini 23 yaşlı Flora İsgəndərova xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına gətirilib. Qəza zamanı zərbənin təsirindən avtomobillərdən biri yararsız hala düşüb.
 
Faktla bağlı RPŞ də araşdırma aparılır.  

Rəşad Türkoğlu