Göyçayda qəza, ölən və yaralananlar var - Video+Yenilənib

goycayda-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 5640

Gecə saatlarında Göyçayda ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, iki minik avtomobilinin  toqquşması nəticəsində rayon sakini Vüsal Qurbanov hadisə yerində ölüb. Digər dörd nəfər - ağır  xəsarət alan sürücü və sərnişinlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Göyçayda baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub. İki minik avtomobilinin toqquşması nəticəsində Göyçay rayon sakinləri 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu dünyasını dəyişib,1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu, Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Rəşad  Türkoğlu