Göyçayda torpaq uçdu - İki nəfər xilas olundu

goycayda-torpaq-ucdu-iki-nefer-xilas-olundu
Oxunma sayı: 646

APA-nın məlumatına görə, 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemət uçqunun altından yaralı vəziyyətdə çıxarılıb. N.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
***
21.16
Göyçay şəhərində tikintidə baş vermiş torpaq uçqununun altında qalmış iki şəxsdən biri xilas edilib. APA-nın məlumatına görə, uçqunun altından 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Xaləddin çıxarılıb. X.Əhmədov 2 saat torpağın altında qalmasına baxmayaraq sağ-salamatdır. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Torpağın altında qalmış ikinci şəxsin 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemətin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.
***

20.01

Göyçay şəhərində aparılan tikintidə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb. Həmin ünvanda Türkiyənin “Atinak” şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən Nemət və Xaləddin adlı Azərbaycan vətəndaşları torpaq uçqununun altında qalıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri aparır. Uçqun altında qalan şəxslərin taleyindən hələlik xəbər yoxdur.

Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.