Göyçayda Yezid peyda olub

goycayda-yezid-peyda-olub
Oxunma sayı: 657

Göyçaylılar artıq bir neçə ildir ki, su üzünə həsrət qalıblar. Bu barədə rayon sakinləri “Qafqazinfo”ya ünvanladıqları müraciətdə bildiriblər. Bildirilir ki, çayın lilli suyunu belə insanlara çox görən Göyçay rayon su idarəsi məsuliyyətdən yayınır. Bir neçə gün əvvəl Göyçayda olan müxbirimizin verdiyi məlumata görə şəhərin əsas küçələri qazılıb. Səbəb isə yerin altında olan su boru xətlərini lildən təmizləməkdir. Amma nə qədər qazırlarsa təmizləyib başa çıxa bilmirlər. Şəhərin Vaqif küçəsi başda olmaqla demək olar ki, əsas küçələrinin sakinləri susuzluqdan əziyyət çəkir. Sakinlər müxbirimizə bildiriblər ki, su idarəsinin rəisi təzə təyin olunub. Bundan əvvəlki rəisin işi isə prokurorluqdadır. Amma rəisin müavini olan Ziyad adlı şəxs isə sakinlərə gedin kimə istəyirsiniz deyin su vermirəm deyir. Camaat arasında artıq yezid Ziyad adı ilə çağırılan bu şəxs su idarəsinə şikayətə gələn insanlarla kobud rəftar edir. Müxbirimizin aldığı məlumata görə rayon icra hakimiyyətinin başçısı camaata tezliklə suyun verilməsini tapşırıq verib. Amma hələ ki, nəticə yoxdur.

Qeyd edək ki, 3 il əvvəl Göyçaya yeni su xəttinin çəkilməsi üçün büdcədən pul da ayrılmışdı. İki ay ərzində xaricdən gəlmiş mütəxəssislər layihə belə hazırlayıblar. Əvvəlcə 8 milyon manat dəyərində olan layihəyə sonradan əlavə olaraq 5 milyon manat da ayrılıb. Prezident ilham Əliyev Göyçaya səfər edən zaman su kəmərinin açılışını da edib. Amma xətlərə nəzərdə tutulan yerdən deyil Göyçay çayının lilli suyu buraxılıb. Nəticədə sıradan çıxan xətlər lillə dolub və əhali su üzünə həsrət qalıb.

Nərgiz