Göyçayın elektrik şəbəkəsi yenilənir

goycayin-elektrik-sebekesi-yenilenir
Oxunma sayı: 867


“Qafqazinfo”nun məlumatına görə, “Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Göyçay rayonunda payız-qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planı ardıcıllıqla yerinə yetirilir.

Rayon üzrə 106 qüsurlu sayğac dəyişdirilib və 74 yeni sayğac quraşdırılıb. “Göyçay” Elektrik Şəbəkəsi Müəssisəsinin xidməti ərazisində küləkli və yağışlı havalarda baş verən qəzalar operativ şəkildə aradan qaldırılıb.