Göydələndə yanğın olub, xəsarət alanlar var

goydelende-yangin-olub-xesaret-alanlar-var
Oxunma sayı: 2217

BƏƏ-nin Şardja əmirliyində 40 mərtəbəli göydələndə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Khaleej Times” nəşri məlumat yayıb.

Məlumata əsasən, yanğın 8-ci mərtəbədə yerləşən mənzillərdən birində qeydə alınıb. Yanğının başvermə səbəbləri məlum deyil. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan beşinə hadisə yerində tibbi yardım göstərilib. Daha iki yaralı isə xəstəxanaya yerləşdirilib. Binadakı bütün sakinlər təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.