Göydən qızıl və gümüş külçələri “yağdı” - Foto

goyden-qizil-ve-gumus-kulceleri-yagdi
Oxunma sayı: 4725

Rusiyanın Yakutsk şəhərində qəribə hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hava limanından qalxan bir təyyarənin yük hissəsinin qapağı qırılıb. Nəticədə baqajda daşınan qızıl və gümüş külçələr yerə tökülüb.

Məlumata görə, hər biri 20 kq olan 200-ə yaxın külçə təhlükəsizlik tədbirləri aparılaraq yığılıb. Təyyarə isə geri qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, külçələrin sahibinin mərkəzi Kanadada yerləşən mədən şirkəti olduğu bildirilir.