Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu

Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu
Oxunma sayı: 1283

Cümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən “Little Seyma” gəmisi saya oturub.

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya unu daşıyırmış.

Yük Kipr adasının cənub-şərqində “Famaqusta” liman şəhərinə çatdırılmalı idi.

Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfindən təxliyyə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi