Göygöl sakini bıçaqlandı

goygol-sakini-bicaqlandi
Oxunma sayı: 965

Göygöldə bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tülalar kəndində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Məmmədov İntiqam Şükür oğlu döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdiriıib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki,  məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli