Göygöl sakini bıçaqlanıb

goygol-sakini-bicaqlanib
Oxunma sayı: 1020

Göygöldə bıçaqlanma olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının  kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.