Göygöldə 74 yaşlı qadın özünü öldürdü

goygolde-74-yasli-qadin-ozunu-oldurdu
Oxunma sayı: 1822

Göygöldə intihar hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Fadilli kəndində baş verib.

Kənd sakini 1944-cü il təvəllüdlü Məsimova Salatın Əşrəf qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xeyli vaxtdır ki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.