Göygöldə maşın aşdı, sürücü ağır xəsarət aldı - Fotolar

goygolde-masin-asdi-surucu-agir-xesaret-aldi
Oxunma sayı: 2075

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü İmanov Amil Telman oğlu idarə etdiyi "VAZ - 2103" markalı avtomobil ilə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli